Xəzər Xəbər

İlham ƏIiyev Donald Trampa başsağlığı verib

Gündəm | 14:07 • 30 Yanvar 2025
İlham ƏIiyev Donald Trampa başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başasağlığı verib.

Xezerxeber.az xəbər verir ki, başsağlığında qeyd edilib: 

"Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xəbər lenti