Xəzər Xəbər

Ərdoğan Ceyhun Bayramovla Mikayıl Cabbarovu qəbul etdi FOTO

Gündəm | 17:31 • 29 Yanvar 2025
Ərdoğan Ceyhun Bayramovla Mikayıl Cabbarovu qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistanın xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərini qəbul edib.

Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edib.

Görüşə, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç qatılıb.

 

Xəbər lenti