"Sabah artıq Azərbaycanda 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək”.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçicilər 5 846 məntəqədə səs verəcəklər: “Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmir”.
Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var:
"Seçicilərin 5 milyon 875 min 802 nəfəri daimi, 86 min 185 nəfəri isə müvəqqəti seçki məntəqələrində səs verəcək".