Xəzər Xəbər

Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini DEYİB

Gündəm | 21:02 • 8 Yanvar 2025
Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib.

Xəbər lenti