Xəzər Xəbər

Ermənistan-Azərbaycan delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək

Gündəm | 12:10 • 8 Yanvar 2025
Ermənistan-Azərbaycan delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.

Xəbər lenti