Bələdiyyə seçkilərində 16174 namizəd mübarizə aparacaq. Onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25685 nəfərdir.