Xəzər Xəbər

Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır

Gündəm | 20:29 • 25 Dekabr 2024
Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır

Aktauda təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasında bildirilib.

İclasda qeyd edilib ki, xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Bildirilib ki, qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar xətt” vasitəsilə müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərilib.

Xəbər lenti