Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq.
Xezerxeber.az bildirir ki, bu barədə yerli medianın sorğusuna cavab olaraq, Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq.
Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.