Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz", - Ermənistanın Baş naziri qeyd edib.