Xəzər Xəbər

Samur-Abşeron kanalı üzərində körpünün tikintisinə vəsait ayrıldı SƏRƏNCAM

Gündəm | 14:38 • 18 Dekabr 2024
Samur-Abşeron kanalı üzərində körpünün tikintisinə vəsait ayrıldı

Samur-Abşeron kanalı üzərində yeni körpü tikiləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 (doqquz milyon doqquz yüz altmış min) manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti