Xəzər Xəbər

Bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb

Gündəm | 17:04 • 13 Dekabr 2024
Bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb

2025-ci ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın dekabrın 13-də keçirilən iclasında deyib.

MSK sədri qeyd edib ki, onlardan 1397 nəfər imza vərəqəsi alıb.

Xəbər lenti

Çox oxunanlar