Xəzər Xəbər

Ərdoğandan Suriya ilə bağlı önəmli açıqlama

Gündəm | 16:18 • 10 Dekabr 2024
Ərdoğandan Suriya ilə bağlı önəmli

Suriya xalqının azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın əyalət rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.

Ərdoğan Suriyanın önündə xoşbəxt gələcəyə gedən qapının açıldığını ifadə edib:

“Türkiyə siyasi, diplomatik, hərbi və digər bütün müstəvilərdə hər zaman Suriyanın yanında olacaq”.

Türkiyə lideri Suriyanın yenidən müharibə meydanına çevrilməsinə imkan verməyəcəklərini də vurğulayıb:

“Suriya torpaqlarına gözünü dikən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Suriyanın bu günə gəlməsində çox böyük zəhmətlər çəkib. Hər kəsin Suriyaya kürəyini çevirdiyi məqamda biz bunun əksini etdik. Allah bizə qardaşlıq imtahanından üzüağ çıxmağı nəsib elədi”.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024