"Vaxtilə Azərbaycanla sülh üçün konstitusiya dəyişikliyinin zəruri olduğunu Ermənistanın Baş naziri Nikol Paşinyan da qeyd edib".
Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakıda keçirilən "Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirə videokonfrans vasitəsilə qoşulan ekspert Onnik Krikoryan deyib.
Krikoryan əlavə edib ki, Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsi ideyası 2021-ci ildə irəli sürülsə də, COVID-19 pandemiyasına görə baş tutmayıb: "Keçmiş prezident Robert Koçaryanın təşəbbüsü ilə konstitusiyaya edilən dəyişikliklər qəbuledilməz idi. Daha sonra Serj Sarkisyanın təşəbbüsü ilə Ermənistanda parlament sisteminə keçildi. Onun prezidentliyi dövründə inqilab baş verdi və hakimiyyətə Nikol Paşinyan gəldi. Konstitusiyaya dəyişikliklər yalnız referendum vasitəsilə həyata keçirilir. Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsi ideyası 2021-ci ildə irəli sürülmüşdü, lakin pandemiyaya görə baş tutmadı. Vaxtilə Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh üçün konstitusiya dəyişikliyinin zəruri olduğunu qeyd etmişdi. Prezident İlham Əliyevin bununla bağlı fikirlərinə qayıtsaq, o demişdi ki, sülhün bərqərar olması üçün əvvəlcə konstitusiyaya dəyişiklik olmalıdır. Belə bir fikirlər vardı ki, Azərbaycanla sülhün bağlanmasına Ermənistan vətəndaşları qərar verməlidir. Mən hesab edirəm ki, Nikol Paşinyan yeni konstitusiya istəyir və istəyir ki, əvvəlki rejimin qalıqlarını qoparmaqla yeni Ermənistan yaratsın. Bir çox insanlar Ermənistanda konstitusiya barədə danışır. Lakin ola bilsin ki, 88 faiz Ermənistan vətəndaşı dəyişikliyə qarşı çıxsın. Bakı dialoqunda iştirak edərkən mən qeyd etmişdim ki, Paşinyan nəyi planlaşdırdığını bilmir. Mən düşünürəm ki, əsas qanuna dəyişiklik üçün referenduma ehtiyac yoxdur. Sadəcə preambulaya görə konstitusiya dəyişdirilə bilməz".