Xəzər Xəbər

Cavid Qədirov: Ermənistanın delimitasiya prosesində iştirakı öz konstitusiyasına ziddir

Gündəm | 11:38 • 10 Dekabr 2024
Cavid Qədirov: Ermənistanın delimitasiya prosesində iştirakı öz konstitusiyasına ziddir

Ermənistanın delimitasiya prosesində iştirakı öz konstitusiyasına ziddir. Delimitasiya əsas vermir ki, sülh müqaviləsi imzalansa Ermənistan buna əməl edəcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov “Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransın "Ermənistan Konstitusiyası və qanunlarında sülh müqaviləsinə əngəllər" mövzusunda keçirilən panel müzakirələrində söyləyib.

O bildirib ki, Ermənistan Konstitusiyasının preambulasında ərazi iddiaları çox güman ki, “fundamental qayda” kimi təsnif edilir. Sülh müqaviləsi isə öhdəliklərlə potensial ziddiyyətlər yaradır. Hazırda ərazi iddiaları çıxarılmayıb və Ermənistanın qanunvericiliyində mərkəz olaraq qalır.

Xəbər lenti

Çox oxunanlar