Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı işə başlayıb.
Xezerxeber.az xəbər verir ki, 13 ölkənin parlamentlərindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlar fonunda bəşəriyyətə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, bu gün konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunacaq.
Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.