Xəzər Xəbər

Fuat Oktay: Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də həmişə bir yerdə olan iki qardaşdır

Gündəm | 10:00 • 7 Dekabr 2024
Fuat Oktay: Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də həmişə bir yerdə olan iki qardaşdır

Biz bu gün Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü münasibətilə buradayıq. Biz “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisi adından çox böyük heyətlə iştirak edəcəyik. Demək olar ki, bütün siyasi partiyalarımızı təmsil edən nümayəndə heyəti ilə buradayıq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.

O bildirib ki, Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də həmişə bir yerdə olan iki qardaşdır. Bu, 1918-ci ildən başlayan prosesdir. O gündən bu günə qədər bütün taleyimiz birdir. Bu torpaqlar türk millətinin yaşadığı yerdir.

"Bu gün inkişaf edən Azərbaycan var. 1918-ci ilin mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra bolşeviklərin, ingilislərin və ermənilərin işğalına qarşı mübarizə aparmaq üçün Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanda idi",- deyə F. Oktay vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar