Xəzər Xəbər

Əli Əsədov Fuad Oktayla görüşdü

Gündəm | 20:41 • 6 Dekabr 2024
Əli Əsədov Fuad Oktayla görüşdü

Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayla görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək. Fuad Oktay beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir.

13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Çox oxunanlar