ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libby və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər.