Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltaya işgüzar səfəri çərçivəsində III Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə nazirlik rəsmi “X” hesabında məlumat yayıb.
Nazir COP29-a Azərbaycanın ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, Orta Dəhliz boyunca nəqliyyat və kommunikasiyalar sahəsindəki təşəbbüsləri barədə çıxış edib.
C.Bayramov çıxışı zamanı münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, mina təhlükəsi, o cümlədən Azərbaycan və Ermənistan sülh prosesi barədə məlumat verib.
Nazir yekunda çoxsaylı sualları cavablandırıb.