Xəzər Xəbər

Bakı Təşəbbüs Qrupu ilə Vahid Sent Martin Assosiasiyası arasında memorandum imzalanacaq

Gündəm | 14:15 • 6 Dekabr 2024
Bakı Təşəbbüs Qrupu ilə Vahid Sent Martin Assosiasiyası arasında memorandum imzalanacaq

Bugünkü beynəlxalq konfrans Karib hövzəsində yerləşən Sent Martin Adasına həsr olunub. Saint Martin Adası 1648-ci ildə iki hissəyə bölünüb. Bu gün burada həmin ada dövlətindən olan elm adamları, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, müxtəlif ada dövlətlərinin rəsmiləri Sent Martinin vahid xalq və vahid ərazi üçün apara biləcəyi mübarizəni müzakirə edirlər. Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə keçirilən bu konfrans onlar üçün ilk beynəlxalq platformadır.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

O, Bakı Təşəbbüs Qrupunun bu il müstəmləkədən əziyyət çəkən ölkələrə dəstək xarakteri daşıyan dördüncü memorandumu imzalayacağını deyib: "Bu memorandum Sent Martindən olan Vahid Sent Martin Assosiasiyası ilə imzalanacaq. Memorandumda ilk növbədə Sent Martində siyasi, iqtisadi və təsir istiqamətlərində əməkdaşlıq məsələləri nəzərə alınacaq".

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024