Xəzər Xəbər

Simonyan: "Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub"

Gündəm | 16:44 • 5 Dekabr 2024
Simonyan: "Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub"

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub.

Xezerxeber.az xəbər verir ki, A.Simonyan bu barədə jurnalistlərə açıqlamasında deyib.

A.Simonyanın fikrincə, məlumatların sızmasına görə Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryan məsuliyyət daşıyıb.

"Baş nazir gəlib Azərbaycan Prezidenti ilə görüşün təfərrüatını bizə danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür və o, hər şeyi açıqlayır. Sizcə, bu normaldır? Əgər Ovik Aqazaryan utanmırsa, qoy telefonunda olan məlumatları dərc etsin", - deyə o əlavə edib.

Xəbər lenti

Çox oxunanlar