Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xarici işlər nazirləri, Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.
Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında əlaqələrin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.