Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həm də rəqəmsal inkişaf və süni intellekt sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.