Azərbaycanın və Qvineya-Bisaunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzaladıq.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu mexanizmin olması, mütəmadi əsasda siyasi məsləhətləşmələrin keçirilməsi dolğun məlumatların qarşılıqlı şəkildə verilməsi baxımından əhəmiyyətlidir.
Nazir deyib ki, görüşdə Cənubi Qafqaz bölgəsində gedən proseslər, postmünaqişə dövrü, işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.