Xəzər Xəbər

Parlamentin sədri: Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb

Gündəm | 12:44
Parlamentin sədri: Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb

Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar və strateji təşəbbüslər sayəsində Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb, regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 25-də keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir.

“Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz COP29 konfransı ilə əlaqədar, yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi, milli gündəliyimizin ön sıralarındadır, məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifah halı daha da yaxşılaşdırılır”, - deyə Sahibə Qafarova qeyd edib.

Xəbər lenti

Çox oxunanlar