Xəzər Xəbər

"Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində təcrübəmizi digər dövlətlərlə bölüşməyə hazırıq" Qoşqar Təhməzli

Gündəm | 16:25 • 19 Noyabr 2024
"Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində təcrübəmizi digər dövlətlərlə bölüşməyə hazırıq"

Azərbaycan planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində əldə olunan təcrübəni digər dövlətlərlə bölüşməyə hazırdır.

Xezerxeber.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda dəyirmi masada “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” sessiyasında deyib.

O bildirib ki, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində Azərbaycanda mühüm addımlar atılıb, bu istiqamətdə son illərdə aparılmış islahatlar öz bəhrəsini verib: "Müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində birgə fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyəti var və geniş imkanlara malik müzakirə platforması kimi mühüm rol oynayır".

Q. Təhməzli hesab edir ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir: "Eyni zamanda bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılır".

Xəbər lenti