Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Xezerxeber.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşüb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz ən zəiflərin yer aldığı D liqasına yuvarlanıb.
Hazırda 5 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estonlar isə 4 xalla üçüncüdürlər.
Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.
UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya - 0:0
Baş hakim: Con Beaton (Şotlandiya)
Qəbələ şəhər stadionu