Bildiyiniz kimi, Azərbaycan Ermənistanla sülh danışıqları prosesinin təşəbbüskarıdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb: "Mən indi rəqəmlər səsləndirmək istəmirəm, ancaq hələ razılaşdırılması vacib olan maddələr var. Azərbaycan tərəfi Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır. Bu, hər iki tərəfdən asılı olan bir prosesdir”.