Xəzər Xəbər

Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda

Gündəm | 10:19 • 11 Noyabr 2024
Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti

Çox oxunanlar