Xəzər Xəbər

Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

Gündəm | 17:15 • 8 Noyabr 2024
Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2025-2028-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 8,6 milyard ABŞ dolları dəyərində dövlət investisiyasının yatırılması güman edilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda “İslahat icmalı”nda qeyd olunub.

2024-cü ildə isə qeyd edilən ərazilərə 2,8 milyard ABŞ dolları dəyərində investisiya yatırılması planlaşdırılır.

Qeyd edək ki, 2020-2023-cü ildə dövlət büdcəsindən Qarabağa və Şərqi Zəngəzura 7,1 milyard ABŞ dolları dəyərində investisiya ayrılıb.

Xəbər lenti

Çox oxunanlar