Xəzər Xəbər

İlham Əliyevdən Vyetnamın yeni seçilmiş Prezidentinə TƏBRİK

Gündəm | 14:34 • 7 Noyabr 2024
İlham Əliyevdən Vyetnamın yeni seçilmiş Prezidentinə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin uğurla inkişaf etməkdə olduğunu bildirib.

Azərbaycan Prezidenti, həmçinin dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

“İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə qeyd edən Azərbaycan Prezidenti vyetnamlı həmkarına ən xoş arzularını çatdırıb, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində ona müvəffəqiyyətlər diləyib.

Xəbər lenti

Çox oxunanlar