Xəzər Xəbər

Simonyan: Delimitasiya haqqında reqlament hər iki dövlətin qələbəsidir

Gündəm | 15:33 • 4 Noyabr 2024
Simonyan: Delimitasiya haqqında reqlament hər iki dövlətin qələbəsidir

Ermənistan və Azərbaycan Tavuş istiqamətində delimitasiya yekunlaşdıqdan sonra bu prosesin hansı ərazidə davam etdiriləcəyini müzakirə edir.

Xezerxeber.az-ın “armenpress”ə istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.

Bununla belə, o, sözügedən məsələ ilə bağlı yekun qərarın hələ mövcud olmadığını vurğulayıb. A. Simonyan Sərhədlərin Delimitasiyası üzrə komissiyaların reqlamentinə də toxunub: “Mən düşünürəm ki, komissiyaların fəaliyyəti haqqında reqlament dövlətlər arasında imzalanmış ilk sənəd olduğu üçün hər iki tərəfin qələbəsidir. Onun reallaşması həm Ermənistan, həm də Azərbaycanın ərazi bütövlüyü məsələsində əsas elementlərdən biridir. Biz bu məsələdə irəliyə doğru addımlamaqda davam edəcəyik”.

Xəbər lenti

Çox oxunanlar