Xəzər Xəbər

Beynəlxalq səyyah qrupunun Qarabağa səfəri davam edir

Gündəm | 09:25
Beynəlxalq səyyah qrupunun Qarabağa səfəri davam edir

33 beynəlxalq səyyahdan ibarət qrup Qarabağ və Şərqi Zəngəzurla tanış olmağa davam edir.

Xezerxeber.az xəbər verir ki, İv Buvinin rəhbərlik etdiyi "Piki Reels" səyyah klubunun növbəti səfəri Cəbrayıl şəhərinə olub.

Burada qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsünü ziyarət ediblər.

Xarici qonaqlara körpünün tarixi və Böyük İpək Yolundakı mühüm rolu barədə məlumat verilib.

Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail və Niderlanddan bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.

Xəbər lenti

Çox oxunanlar