Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir

Gündəm | 15:45 • 27 Oktyabr 2024
Hikmət Hacıyev: Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin “Smerç” raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, paylaşımda bildirilir:

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu “Smerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100-ü daha ağır yaralanıb. Ermənistan Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi  Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır".

Xəbər lenti

Çox oxunanlar