Xəzər Xəbər

Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib

Prezident İlham Əliyev tədbirdə iştirak edib
Gündəm | 22:46 • 23 Oktyabr 2024
Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib

Oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.

Xəbər lenti