Xəzər Xəbər

Mirzoyan: İrəvan Bakı ilə danışıqlar platforması kimi “3+3”dən imtina edib

Gündəm | 18:10
Mirzoyan: İrəvan Bakı ilə danışıqlar platforması kimi “3+3”dən imtina edib

İrəvan “3+3”ü Bakı ilə danışıqlar platforması hesab etmir, lakin bu regional formatda iştirakını davam etdirəcək.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

Bundan əvvəl İstanbulda regional platformanın iclasından sonra Rusiya, İran və Türkiyə İrəvan və Bakıya sülh sazişinin layihəsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.

“Masada belə bir təklif yoxdur və olsa belə, biz ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirik, çünki bizim Azərbaycanla həm sülh sazişi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız var”, – o bildirib.

A.Mirzoyanın sözlərinə görə, digər məsələ ondan ibarətdir ki, çoxtərəfli formatda keçirilən müxtəlif görüşlərdə xarici işlər nazirləri ikitərəfli danışıqlar aparırlar.

“Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə mən də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik. Biz əsas diqqəti sülh sazişlinin mətninə yönəltdik, müsbət inkişafı təmin etməyə və sazişin mümkün qədər tez imzalanması prosesini yaxınlaşdırmağa çalışdıq”, - o qeyd edb.

Xəbər lenti

Çox oxunanlar