Xəzər Xəbər

Ermənistan parlamenti Azərbaycanla bağlı sənədi birinci oxunuşda qəbul edib

Gündəm | 10:21
Ermənistan parlamenti Azərbaycanla bağlı sənədi birinci oxunuşda qəbul edib

Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Xezerxeber.az xəbər verir ki, qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilən iclasında qəbul olunub.

Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar