Xəzər Xəbər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi üzrə danışıqları davam etdirməklə bağlı razılığa gəliblər

Gündəm | 21:46 • 18 Oktyabr 2024
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi üzrə danışıqları davam etdirməklə bağlı razılığa gəliblər

Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində  görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

Xəbər lenti