Xəzər Xəbər

Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib

Gündəm | 15:37 • 14 Oktyabr 2024
Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə:

Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini, Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin,İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri, Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.

Rayon (şəhər) məhkəmələri üzrə Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri, Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri, Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri, Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri, Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri, Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Çox oxunanlar