Oktyabrın 10-da Bakıda “PRE-COP29” tədbiri işə başlayıb.
Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, təşkilatın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still, Köməkçi icra orqanının sədri Nabil Munir çıxış edəcəklər.