Xəzər Xəbər

Paşinyan Ermənistanın bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu DEYİB

Gündəm | 19:05 • 8 Oktyabr 2024
Paşinyan Ermənistanın bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.

Xəbər lenti

Çox oxunanlar