Xəzər Xəbər

Rusiya Prezidenti Bakıda keçiriləcək COP29-a gələ bilər

Gündəm | 15:30 • 8 Oktyabr 2024
Rusiya Prezidenti Bakıda keçiriləcək COP29-a gələ bilər

Rusiya Prezidenti Vladimir Putin və ya Rusiya Hökumətinin başçısı Mixail Mişustin Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransına gələ bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Prezidentinin köməkçisi, Rusiyanın dövlət başçısının iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.

O deyib: “Mən Prezidentin Fərmanına əsasən, Rusiya nümayəndə heyətinə başçılıq edirəm. Amma bu il ümid edirik ki, Prezident və ya Hökumətin başçısı gələcək. Azərbaycan strateji cəhətdən mühüm müttəfiqdir və əlbəttə, istərdim ki, status yüksək olsun. Açılış mərasimində Prezident, yaxud Hökumətin sədri olsun, sonra isə mən danışıqların əsas hissəsini məntiqi sona qədər davam etdirəcəyəm”.

Xəbər lenti

Çox oxunanlar