Xəzər Xəbər

Bakıda baş vermiş partlayışla bağlı araşdırma aparılır Baş Prokurorluq

Gündəm | 15:50 • 7 Oktyabr 2024
Bakıda baş vermiş partlayışla bağlı araşdırma aparılır

Oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB baş vermiş partlayışda 6 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Bildirilir ki, 6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Xəbər lenti

Çox oxunanlar