Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, həmin tədbir çərçivəsində ölkəmizdə səfərdə olan 100-ə yaxın prokuror ölkəmizin tarixi yerlərindən sayılan Qəbələ şəhərində səfərdə olub.
Səfər zamanı qonaqlar qədim alban memarlığının nümunəsi olan Müqəddəs Yelisey adına Cotari Kilsəsi ilə tanış olublar. Qəbələ Arxeoloji Mərkəzini ziyarət edən qonaqlara orada olan eksponatlar barədə ətraflı məlumat verilib.