Xəzər Xəbər

Türkiyə XİN: Türk Dövlətləri Təşkilatı sülh və rifah üçün xidmətini davam etdirəcək

Gündəm | 13:51 • 3 Oktyabr 2024
Türkiyə XİN: Türk Dövlətləri Təşkilatı sülh və rifah üçün xidmətini davam etdirəcək

Türk dünyasının ortaq dil, tarix və mədəni dəyərlərinə əsaslanan əməkdaşlığın güclü iradəsini təmsil edən Türk Dövlətləri Təşkilatı (TDT) bölgədə və regiondan kənarda sülh və rifah üçün xidmətini davam etdirəcək.

Xezerxeber.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Anlaşmasının 15-ci ildönümü və 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə yayımladığı mesajında bildirilib.

Mesajda qeyd edilib ki, Türkiyə türkdilli dövlətlər arasında “dildə, fikirdə və əməldə birlik” şüarının həyata keçirilməsi üçün fəaliyyətlərini davam etdirəcək.

Xəbər lenti

Çox oxunanlar