Xəzər Xəbər

Nazir: İqlim dəyişikliyi ilə mübarizə, həm də ədalətsizliklə mübarizə deməkdir

Gündəm | 13:00
Nazir: İqlim dəyişikliyi ilə mübarizə, həm də ədalətsizliklə mübarizə deməkdir

İqlim dəyişikliyi ilə mübarizə həm də ədalətsizlik və bərabərsizliklə mübarizə deməkdir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Forumunda səsləndirib.

Ölkəmizin müxtəlif beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal olduğunu deyib. BMT-nin 2022-ci ildə qəbul etdiyi qətnamədən danışan nazir iqlim dəyişikliyinin fəsadlarını qeyd edib. Bildirib ki, təbii ehtiyatların azalması, təbii fəlakətlərin çoxalması ciddi narahatlıq doğurur.

İqlim sazişlərinin əhəmiyyətindən danışan M.Babayev bunların qlobal səviyyədə həllinin vacibliyini qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, bu mühitə uyğunlaşma istiqamətində vətəndaşlarla, həssas qrupdan olan insanlarla işlər aparılır.

Yüzə yaxın hidrometereoloji stansiyanın qurulduğunu diqqətə çatdıran Muxtar Babayev deyib: “COP29-un əsas müzakirə mövzusu iqlim maliyyəsidir. Yeni kəmiyyət hədəfinin formalaşdırılması nəzərdə tutulur. İnteqrasiya və adaptasiya da mühüm məsələdir. Azərbaycan COP29-un ev sahibi kimi 14 əsas təşəbbüs irəli sürülüb. Məqsədimiz qlobal problemin həllinə öz töhfəmizi verməkdir”.

Xəbər lenti

Çox oxunanlar