Xəzər Xəbər

İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir NAZİR

Gündəm | 10:15
İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir

İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir. Su resurslarının azalması bir sıra xəstəliklərə gətirib çıxarır.

Xezerxeber.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, artıq iqlim dəyişikliyinin kənd təsərrüfatı üzərində təsirini görürük.

“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının önəmli hissəsini təşkil edir. Son illər yağıntıların az olması qida toplanışını 10 faiz azaldıb. Xəzərdə də su səviyyəsi azalıb və bu sahilyanı zonaya ciddi təsir göstərir. Biz tədbir görməsək bu fəsadlar artacaq. Qlobal temperatur artıq iki milyon insanın yerdəyişməsinə səbəb ola bilər. Daha çox araştırmağa və yeni sistemlərə ehtiyac var”,- deyə M.Babayev bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Xəbər lenti

Çox oxunanlar