Xəzər Xəbər

Azərbaycan-Keniya hüquqi əməkdaşlığı möhkəmləndirilir FOTO

Gündəm | 14:42 • 29 Sentyabr 2024
Azərbaycan-Keniya hüquqi əməkdaşlığı möhkəmləndirilir

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, sentyabrın 29-da baş prokuror Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qoşulmama Hərəkatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən baş prokuror Kamran Əliyev iki ölkə arasında güclü siyasi əlaqələrin mövcudluğunu qeyd edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Keniyanın iqlimlə bağlı səylərdə dünya təcrübəsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Keniya nümayəndə heyətinin cari ilin fevralında ölkəmizə ilk səfəri və prokurorluq orqanları arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsindən, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Renson Mulele İnqonqa Azərbaycanda prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Xəbər lenti