BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.
Xezerxeber.az bu barədə Dövlət Departamentinə istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə bu ilin iyulunda Vaşinqtonda NATO sammiti çərçivəsində görüşüblər.