Xəzər Xəbər

Baş nazir Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

Gündəm | 16:04
Baş nazir Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, görüş əsnasında Azərbaycan-Belarus dövlətlərarası əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektrləri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu vurğulanıb.

Qeyd olunub ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən təcrübə mübadiləsi və kadrların hazırlığı sahəsində uzunmüddətli tərəfdaşlıq əlaqələri qurulub.

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında 2006-cı il tarixli əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar